“Qəbələ” - APOEL matçının hakimləri bəlli oldu

Sportarena.az      16 Oktyabr 2018, 22:30

UEFA Gənclər Liqası çərçivəsində oktyabrın 24-ü Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, oyunun baş hakimi ukraynalı Denis Şurman olacaq. Ona həmyerliləri Valentin Kutsev və Vladimir Korotin kömək edəcək. Dördüncü hakim funksiyasını azərbaycanlı Vüqar Həsənli yerinə yetirəcək. AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakim-inspektor, israilli Amir Navon UEFA nümayəndəsi olacaq.

 

Denis Şurman indiyədək 8 beynəlxalq rəsmi oyun idarə edib. Daha çox Ukrayna 1-ci liqasında (Persha Liha) fit çalan 32 yaşlı referi heç vaxt Azərbaycan komandalarının oyunlarını idarə etməyib.

 

Qeyd edək ki, Nikosiyadakı ilk qarşılaşma 1:1 hesablı he-heçə ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin