Region Liqasının 2019/2020 mövsümünün püşkü atılacaq

10:54 17 Oktyabr 2019

Oktyabrın 18-də AFFA-nın həvəskar futbolçular arasında təşkil etdiyi Region Liqasının 2019/2020 mövsümünün püşkü atılacaq.

 

Sportarena.az xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə olacaq.Tədbir Bakıda (AFFA Futbol Akademiyası, saat 16:00), Mingəçevirdə (Gənclər evi, saat 11:30), Ağsuda (Şəhər stadionu, saat 16:00) və Lənkəranda (Olimpiya və İdman Kompleksində, saat 11:30) reallaşacaq.

 

Qeyd edək ki, Region Liqasında 5 zona üzrə 33 komanda mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti