Elmar Baxşıyev: "Qarabağ"ın adı motivasiya üçün kifayət edir"

Sportarena.az      20 Oktyabr 2018, 03:17

Azərbaycan Premyer Liqasının VIII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis nəticəni şərh edib:

 

“Qarabağ” brend klubdur. Oyunun necə çətin keçəcəyini bilirdik. Həftəlik hazırlıq proqramı üzrə komandamızı matça kökləməyə çalışır, hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Düşünürəm ki, öz oyun üslubumuzu tətbiq edə bildik. Layiqli heç-heçə etdik. Biz məşqçilər hər gün komanda ilə ünsiyyətdəyik və bəzi komponentlərdə artırdığını görürük. Komanda oyuna hazır idi. Fasilə dövründə yoxlama oyunu da keçirdik. Planlaşdırdığımızı “Zirə” ilə həmin görüşdə də gördük. Bunun davamını da “Qarabağ”la matçda gətirdik. Komanda heç nəyi dəyişməsək də, futbolçular nəticə qazanmağa inanmağa başlayıb. Onlar bir-birinə inanırlar. Bizim üzərimizə komandanı oyunlara optimal formada gətirmək düşür. Bu uğurun sahibi isə futbolçulardır. “Qarabağ” adı kifayət edir ki, futbolçular maksimum motivasiya, güc və istəklə çıxsınlar, özlərini sübut etməyə çalışsınlar”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin