"Beşiktaş"ın futbolçusu modelə mesaj yazdı, biabır oldu - FOTO

11:34 20 Oktyabr 2019

Daha bir futbolçunun sosial media vəsaitəsi ilə tanınmış xanıma yazdığı mesaj ifşa olunub.

 

Sportarena.az xəbər verir ki, bu dəfə "Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakupun mesajları yayımlanıb.Aktrisa Melisa Aslı Pamukla nişanlı olan və gələn il evlənməyi planlaşdıran futbolçu model Funda Aksuya mesaj yazıb. Onun mesajlarını model sosial mediada yayımlayıb.

 

Funda Aksuya ardıcıl mesajlar yazan futbolçu cavab almadığından bir gün sonra "Cavab verəcəksən?" mesajını göndərib. Model isə onun mesajını "Bu da ardınca gələn qol" başlığı ilə paylaşıb.

 

Oğuzhan Özyakup isə "Instagram" hesabından açıqlama verərək iddianı təkzib edib: "Fotoşopla hazırlanmış saxta bir yazışma görüntüsü ilə haqqımda yalan xəbərlər yayılıb. Heç bir əsası yoxdu. Bununla bağlı xəbər yayanlara qarşı hüquqi müstəvidə mübarizəyə başlayacam".  



Xəbər xətti