Renat Dadaşov komandasının vacib qoluna imza atdı - FOTOLAR

Sportarena.az      20 Oktyabr 2018, 12:11

Futbol üzrə Portuqaliya Kubokunda üçüncü təsnifat mərhələsinin görüşləri keçirilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasus de Ferreyra” da bu turnirdə növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi "Louletano” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası əsas hissəsi 1:1 hesabıyla bitən bu görüşün əlavə vaxtında daha bir qol vurmaqla qalib gəlib və növbəti mərhələyə yüksəlib.

 

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Komandasının qələbə qolunu da 110-cu dəqiqədə millimizin forvardı vurub. Dadaşov 115-ci dəqiqədə sarı vərəqə də alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin