Lənəkəranda ara qarışdı: Azarkeşlər meydana girib “Kəpəz”in qapıçısını vurdular - VİDEO

Sportarena.az      20 Oktyabr 2018, 13:40

U-17 liqasında “Xəzər Lənkəran”la “Kəpəz” qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, Lənkəranda keçirilmiş oyunda insident yaşanıb.Oyun ərzində yerli fanatlar rəqib qapıçını söyüblər.Meydan sahiblərinin qolundan dərhal sonra azarkeşlər “Kəpəz”in qapıçısına su qabı atıblar.

 

Matç bitəndən sonra isə azarkeşlər meydana daxil olub. Onlar “Kəpəz”in qapıçısı Cavid Qurbanovu vurublar. “Kəpəz”in oyunçusu özünü müdafiə etmək üçün qarşılıq verib. Azarkeşi vurduğu üçün Cavid qırmızı vərəqə alıb.

 

Azarkeşlərin meydana daxil olması ilə birlikdə hər iki komandanın futbolçuları davaya qoşulub.Stadionda polis və təhlükəsizlik xidmətinin əməkdaşları həmin vaxt olmadığı üçün futbolçular gec ayrılıb.

 

Qarşılaşmada “Kəpəz” 2:1 hesablı qələbə qazanıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin