Azərbaycan - Norveç matçına təyinatlar açıqlandı

14:03 20 Oktyabr 2019

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, yığmamız saat 16:00-da başlayacaq oyunda norveçli həmyaşıdları ilə qarşılaşacaq. 

 

Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

 

Baş hakim: Zulema Qonzales Qonzales (İspaniya).

Baş hakimin köməkçiləri: Eliana Fernandes Qonzales (İspaniya), Hentze Petur Pall Winter (Farer adaları).

Dördüncü hakim: Rani Andrasson Skaalum (Farer adaları).


Xəbər xətti