Ağabala Ramazanov 150-yə çatdı

Sportarena.az      21 Oktyabr 2018, 12:11

“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 150-ci oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, bu, 8-ci turun “Sumqayıt”la matçına (0:2) təsadüf edib. Ölkə çempionatında 2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən hücumçu, 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatıb.

 

O, ümumilikdə 6 komandanın formasını geyinib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala, “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin