"Qarabağ"ın 100-cü heç-heçəsi

Sportarena.az      21 Oktyabr 2018, 12:23

“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atıb.



Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley bərabərliyi Premyer Liqanın VIII turunun “Qəbələ” ilə görüşündə qeydə alınıb – 1:1.Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə sülhlə barışıb. “Qarabağ” çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadır. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də “Avey”lə görüşdə qeydə alınıb.


“Qəbələ”nin vurduğu top isə “Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topa Qismət Alıyev imza atıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin