"Səbail"də yeni rekordçu

Sportarena.az      21 Oktyabr 2018, 13:42

Fəhmin Muradbəyli “Səbail”in heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bu, mövsümün VIII turunun “Sumqayıt”la görüşündə (0:2) rəsmiləşib. “ASCO Arena”dakı qarşılaşma yarımmüdafiəçinin “Səbail”in heyətində 44-cü çempionat matçı olub. Fəhmin bununla da klubun formasını 43 dəfə geyinən Maudo Jarjueni arxada qoyub.

 

Fəhmin “Səbail”də 3-cü mövsümünü keçirir. O, komandasının Premyer Liqada debüt etdiyi 2017/18 mövsümündə 13, ötən çempionatda 24 oyun keçirib. Hər iki mövsümdə 3 qol vuran yarımmüdafiəçi cari çempionatda 7 matçda iştirak edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin