Təmkin Xəlilzadə: "Xoşagəlməz olay məni çox məyus etdi"

Sportarena.az      21 Oktyabr 2018, 16:38

"Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə Preyer Liqanın VIII turunun "Keşlə" ilə oyunun final fitindən sonra baş hakim Kamal Umudlu ilə arasında yaşanmış gərgin anlar barədə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Xəlilzadə "İnstagram" hesabında əsəblərini cilovlaya bilmədiyini deyib:

 

"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində ona normal tərzdə fikirlərimi çatdırmaq istədim. Ola bilər, bir az bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim.

 

Yaxşı anlayıram ki, milli komanda və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Kaş, belə məqamda bu cür hadisə olmayaydı. Xeyirlisi".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin