“Qarabağ” - APOEL: Mətbuat konfransı və açıq məşqin vaxtı açıqlandı

Sportarena.az      21 Oktyabr 2018, 17:02

Avropa Liqasının qrup mərhələsinin III turunda baş tutacaq “Qarabağ” - APOEL (Kipr) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oktyabrın 23-ü 13:00-da matçın keçirləcəyi Tofiq Bəhramov adına Respbublika Stadionunda media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 17:00-da "Azersun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransı saat 18:15-də başlayacaq. 19:00-da Nikosiya klubunun futbolçuları Tofiq Bəhramov adına Respbublika Stadionunda oyun öncəsi son məşqə çıxacaq.

 

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü baş tutacaq. Matçın start fiti 20:55-də səslənəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin