Konor Moskvaya gedir

Sportarena.az      22 Oktyabr 2018, 00:28

Keçmiş UFC çempionu Konor Makqreqor bu həftə Moskvaya gedir.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, irlandiyalı döyüşçü Moskvada təmsil etdiyi bukmeker kontorunun mətbuat konfransını keçirəcək. Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək.

 

Qeyd edək ki, Konor daha əvvəl rusiyalı həmkarı Həbib Nurməhəmmədovu revanşa çağırmış, ancaq Həbib bu təklifi qəbul etməmişdi. Bir neçə gün əvvəl Konor İnstaqram səhifəsində foto paylaşaraq Həbibə müraciətlə “Moskvada görüşərik, pişik” sözlərini yazmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin