I Divizionda daha bir şok - Danışılmış oyunlar aşkarlandı

Sportarena.az      22 Oktyabr 2018, 00:33

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, I Divizionda çıxış edən “Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları - Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.
 

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin