“Qızıl top”a namizədlər açıqlandı

Sportarena.az      22 Oktyabr 2018, 10:50

“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc edib.

 

Sportarena.az xəbər verir ki, namizədlərin ilk beşliyində Sadyo Mane (“Liverpul”), Serxio Aquero (“Mançester Siti”), Frenki de Yonq (“Ayaks”/”Barselona”), Uqo Lyoris (“Tottenhem”) və Duşan Tadiç (“Ayaks”) yer alıb.  

 

İkinci beşliyə Kilian Mbappe (“PSJ”), Trent Aleksander-Arnold (“Liverpul”), Donni van de Bek (“Ayaks”), Pyer-Emerik Obameyanq (“Arsenal) və Mark-Andre ter Steqen (“Barselona”) düşüb.

 

Üçüncü beşliyi Kriştiano Ronaldo (“Yuventus”), Alisson (“Liverpul”), Matteys de Liqt (“Ayaks”/”Yuventus”), Kərim Benzema (“Real Madrid”) və Corcinyo Veynaldum (“Liverpul”) formalaşdırıb.  

Dördüncü beşliyə Vircil van Deyk (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Son Xın Min (“Tottenhem”), Robert Levandovski (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) daxil edilib.

 

Beşinci beşlikdə Lionel Messi (“Barselona”), Riyad Marez, Kevin de Brüyne (hər ikisi “Mançester Siti”), Kalidu Kulibali (“Napoli”) və Antuan Qrizmann (“Atletiko”/“Barselona”) yer alıb.

 

Sonuncu beşliyə Məhəmməd Salah (“Liverpul”), Eden Azar (“Çelsi”/“Real”), Markinos (“PSJ”), Rəhim Sterlinq (“Mançester Siti”) və Joau Feliks (“Benfika”/“Atletiko”) düşüb.Mükafatlandırılma mərasimi dekabrın 2-də Parisdə Şatle teatrında keçiriləcək.

 

Ötən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin