AFFA-dan Təmkin Xəlilzadəyə ağır cəza

Sportarena.az      22 Oktyabr 2018, 14:00

“Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadənin cəzası məlum olub.

 

Sportarena.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futbolçu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

 

Premyer Liqanın VIII turunun “Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra qonaq komandanın üzvü Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.

 

Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

 

Qeyd edək ki, oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın digər müdafiəçisi Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin