“Qarabağ”ın oyununa 27 min bilet satılıb

09:09 23 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL oyununda anşlaq olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə paylaşım edib.Belə ki, görüşün keçirilməsinə hələ bir gün vaxt qalmasına baxmayaraq, biletlər tükənmək üzrədi. Satışa çıxarılan 30 min biletdən yalnız 3000-i öz sahibini gözləyir. Yəni 27 min bilet artıq satılıb. Oyundan əvvəl bütün oturacaqlara Azərbaycan bayrağı qoyulacaq və əsl bayraq şousu olacaq.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.


Digər xəbərlər

Xəbər xətti