“Qalatasaray”ın futbolçusu və azarkeşlər arasında gərginlik - FOTOLAR

Sportarena.az      23 Oktyabr 2018, 11:04

Çempionlar Liqasının qrup mərhələsininin 3-cü turunda “Real”a 0:1 hesabı ilə uduzan “Qalatasaray”ın futbolçusu Yunes Belhanda azarkeşlərin təzyiqi ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, matçın gedişində zəif çıxışı ilə yadda qalan yarımmüdafiəçini əvəzlənərkən azarkeşlər fitə basıblar. Tərəfdarların bu hərəkətinə mərakeşli futbolçu əl hərəkəti ilə cavab verib. Nəticədə fanatların ona olan etirazı bir az da artıb. 

 

Ehtiyat oyunçular skamyasına yaxınlaşan Belhandanı baş məşqçi Fatih Terim və köməkçi məşqçi Hasan Şaş da sakitləşdirə bilməyib. O birbaşa paltardəyişmə otağına yollanıb.Fatih Terim də tribunalara əl hərəkəti ilə etirazları başa düşmədiyini bildirib. 

 

Bir neçə dəqiqə sonra Hasan Şaş mərakeşli oyunçunu paltardəyişmə otağından çıxararaq ehtiyat oyunçular skamyasına qaytarıb. Qarşılaşmadan sonra Belhanda “Real”ın fransalı futbolçusu Kərim Benzamın formasını alıb. 

 

Sosial şəbəkələrdə də azarkeşlər yarımmüdafiəçiyə etirazı davam etdirərək onun klubdan göndərilməsini tələb ediblər. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin