Azərbaycan millisinin futbolçuları oteldə siqaret çəkib - AFFA təsdiqlədi

Sportarena.az      23 Oktyabr 2018, 17:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada çıxış edən zaman gündəmə gəlib.

 

Sportarena.az sportfm.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları sözügedən ölkədə qaldıqları hoteldə siqaret çəkməklə AFFA-ya problem yaradıblar. Oyunçular otelə ziyan vurduqlarına görə AFFA cərimə ödəyib.  

 

“Qafqazinfo”ya açıqlama verən AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla hadisəni təsdiqləyib: “Belə bir hadisə baş verib. Futbolçular qaldıqları hoteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıblar. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin