Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparıldı

09:49 28 Oktyabr 2019

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.

 

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm İnşallah. Dua edin”, - idmançı İnstaqramda qeyd edib.

 

Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”ya açıqlama verən Mamayev buna qədər belə problemlə üzləşmədiyini və böyrək köçürülməsinə ehtiyac olmayacağını demişdi.



Digər xəbərlər

Xəbər xətti