“Arsenal”da qalmaqal - Kapitan azarkeşlərlə üz-üzə

12:00 28 Oktyabr 2019

“Arsenal” İngiltərə Premyer Liqasının 10-cu turunda öz meydanında “Kristal Pelas”la qollu heç-heçə edib – 2:2.

 

Sportarena.az xəbər verir ki, sözügedən qarşılaşmada yerli azarkeşlər “Arsenal”ın yarımmüdafiəçisi və kapitanı Qranit Cakanın əvəzlənməsini sevinclə qarşılayıb. Oyunun 61-ci dəqiqəsində əvəzlənən London təmsilçisinin kapitanı azarkeşlərə cavab olaraq, “sizi eşitmirəm” işarəsi edib. Caka bundan sonra birbaşa paltardəyişmə otağına yollanıb.

 

“Arsenal”ın baş məşqçisi Unay Emeri, Cakanın azarkeşlərə belə reaksiyasına münasibət bildirib:

“Caka səhv etdi. İndi sakit qalıb, onunla danışmalıyıq. Biz azarkeşlərimiz üçün burdayıq. Alqış və təhqirlərə hörmətlə yanaşmalıyıq.Onun kapitanlıq sarğısını daşıyıb-daşımayacağı hələ bilinmir. Onunla və klubla danışmaq istəyirəm. Cakanın etdiyi düzgün deyildi”.

 

Qranit Caka bir müddət əvvəl “Arsenal”da yeni kapitan təyin edilmişdi.


Digər xəbərlər

Xəbər xətti