"Barselona"nın baş məşqçi postuna 2 namizəd

14:39 28 Oktyabr 2019

"Barselona" mövsümün sonunda baş məşqçisi ilə yollarını ayıracaq.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi Ernesto Valverde ilə müqavilənin müddətinin uzatmayacaq. Hazırda bu posta iki namizdə var. Bunlardan bizi Ronald Kuman, digəri Mark van Bommeldi. 

 

Hazırda Hollandiya millisini çalışdıran Ronald Kuman 1989-1995-ci illərdə "Barselona"da çıxış edib. Bu müddətdə o, La Liqanın (4 dəfə), "Kral Kuboku"nun (1), İspaniya Super Kubokunun (3), Çempionlar Liqasının (1) və UEFA Super Kubokunun (1) qalibi olub. Holland mütəxəssis 1998-2000-ci illərdə Kataloniya klubunda köməkçi-məşqçi kimi işləyib.

 

Mark van Bommel isə 2018-ci ildən PSV-yə başçılıq edir. Bu 42 yaşlı holland mütəxəssisin ilk məşqçi təcrübəsidi. O, 2005-2006-cı illərdə "Barselona"da çıxış edərək La Liqanın, İspaniya Super Kubokunun və Çempionlar Liqasının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti