““Qarabağ”da belə şeylərə icazə vermirlər” - Qara Qarayev

Sportarena.az      29 Oktyabr 2018, 11:00

“Ağır bir oyundan sonra vacib qələbə qazandığımızı düşünürəm. Çünki APOEL-lə çox çətin qarşılaşma oldu. Müəyyən mənada, oyun ərzində bəzi çatışmazlıqlarımız var idi. Amma ümumilikdə düşünürəm ki, vacib olan 3 xal idi və onu da qazandıq”.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Matçda yeganə qolun müəllifi olan Qara “Neftçi”nin futbolçusu Rəhman Hacıyevin instaqramda atın belində olan fotosunu paylaşmaqla “Qarabağ”a atmaca atmasına münasibət bildirib: “Bizim klubda belə şeylərə icazə vermirlər. Heç təsəvvür yaratmayıblar ki, belə şeylər paylaşa bilərik. Biz bütün komandalara qarşı hörmətlə yanaşmışıq. Düşünürəm ki, “Neftçi” ilə oyundan daha vacib bu oyun idi. Şükürlər olsun ki, bu oyunda qələbə qazana bildik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin