“Feyenoord”un baş məşqçisi istefa verdi

11:11 29 Oktyabr 2019

Hollandiyanın “Feyenoord” klubunun baş məşqçisi Yap Stam istefa verib.

 

Sportarena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarından sonra buna qərar verib.Hollandiyalı mütəxəssis 2019-cu ilin iyununda Covanni van Bronxorstu əvəzinə bu posta baş məşqçi təyin edilmişdi.
 

“Feyenoord” Erediviziyada 11 oyuna 14 xal toplayıb.


Digər xəbərlər

Xəbər xətti