"Sabah"da azyaşlı qapıçılar üçün seminar

11:36 29 Oktyabr 2019

Bu gün “Sabah” Futbol Akademiyasında seminar keçirilib.

 

Sportarena.az xəbər verir ki, akademiyanın qapıçılar üzrə koordinatoru Xəyal Zeynalov və qapıçı məşqçisi Elçin Cəfərov öz biliklərini azyaşlı futbolçularıla bölüşüblər. Seminarda “Sabah” Futbol Akademiyasının aşağı yaş qruplarında çıxış edən bütün qapıçılar iştirak edib.

 

Azyaşlı qapıçıların öz mövqeyi üzrə biliklərini inkişaf etdirməsi baxımından səmərəli olan bu cür seminarların gələcəkdə mütəmadi hal alması planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti