Futbolda şok qadağa

Sportarena.az      29 Oktyabr 2018, 13:13

Şotlandiya Futbol Assosiasiyası 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Qlazqo Universitetinin apardığı araşdırma ola bilər. 

 

Belə ki, tədqiqatların nəticələrinə əsasən, sabiq peşəkar futbolçularda digər insan qrupları ilə müqayisədə demensiya da (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) daxil olmaqla, digər beyin xəstəliklərindən ölüm halları 3,5 dəfə çoxdu. 

 

Qeyd edək ki, 2016-cı ildə ABŞ Futbol Federasiyası 10 yaşdan kiçik uşaqlara məşq və matçlarda topa başla vurmağı qadağan edib. ABŞ-da həmçinin 11 – 13 yaşlı futbolçulara da məşqlərdə topa başla toxunma sayında məhdudiyyətlər var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin