Kannavaro istefaya göndərildi

17:09 29 Oktyabr 2019

Çinin “Quançjou Everqrand” klubu baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, Super Liqanın lideri istefanın səbəbini açıqlamayıb.“Quançjou Everqrand” çempionatın son üç turunda qalib gəlməyib. İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyi üçün istefaya göndərildiyi iddia edilir.
 

46 yaşlı çalışdırıcı 2017-ci ildən Çin klubunun baş məşqçisi idi.


Digər xəbərlər

Xəbər xətti