Güləşçimiz dünya çempionu oldu

09:56 30 Oktyabr 2019

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, çempionatda 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda kanadalı həmkarını məğlub edib.Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. 

 

Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.


Xəbər xətti