UEFA Bolqarıstan millisini cəzalandırdı

10:14 30 Oktyabr 2019

UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna Bolqarıstan millisinin AÇ-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduğu oyunda (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirəcək. Bundan əlavə, federasiya 75 min avro cərimə edilib.

 

Qeyd edək ki, bu oyunlardan biri şərtidir. Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza tədbiq olunacaq.


Digər xəbərlər

Xəbər xətti