Şahmat yığmalarımız Almaniya və Rusiyaya qarşı

11:31 30 Oktyabr 2019

Batumidə 1 günlük fasilədən sonra kişi və qadın şahmatçıları arasında komanda Avropa çempionatı bugünkü matçlarla davam edəcək.

 

Sportarena.az xəbər verir ki, kişilərdən ibarət yığmamız Almaniya ilə, qadınlarımız isə Rusiya yığmaları ilə üz-üzə gələcəklər.

 

Arxada qalan 5 turdan sonra kişilərdən ibarət yığmamız 7 xalla 6-cı pillədə qərarlaşıb və liderlər - Ukrayna və Rusiyadan 2 xal geri qalır. Qadınlardan ibarət komandamız isə 8 xalla Gürcüstan və Serbiya ilə 2-4-cü yerləri bölüşdürür. Qızlarımızın bugünkü rəqibi isə çempionatın vahid lideri, keçirdiyi bütün matçlardan qalib ayrılaraq 10 xal toplayan Rusiyadı.


Xəbər xətti