Emil Balayevin komandası yenə xal itirdi

20:02 30 Oktyabr 2019

Qazaxıstan çempionatında XXXI turun oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Kaysar"la  qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Qeyd edək ki, "Tobol" hazırda 60 xalla 12 komanda 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti