Güləş yığmamız DÇ-ni 3-cü yerdə başa vurdu

Sportarena.az      31 Oktyabr 2018, 10:19

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb.Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.

 

Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) ikinci yeri tutub. 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin