Qadın şahmatçılarımızdan heç-heçə, kişilər məğlub oldu

10:32 31 Oktyabr 2019

Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, qadın yığmamızın Rusiya komandası ilə qarşılaşması heç-heçə başa çatıb. Kişi şahmatçılarımız isə Almaniya yığmasına uduzublar.

 

Ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar. Altı turun yekununa görə, qadın yığmamız 9 xalla üçüncü pillədə qərarlaşıb. Kişi şahmatçılarımız isə 7 xalla onuncu yerdədirlər.


Digər xəbərlər

Xəbər xətti