İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi karyerası ərzində cərimə zərbəsindən 50-ci qolunu vurub.
Sportarena.az xəbər verir ki, futbolçu bu göstəriciyə İspaniya çempionatının XI turunun “Valyadolid” komandası ilə görüşdə nail olub.Ümumilikdə bu oyunda argentinalı hücumçu 2 qol vurub və iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, Messi 50 qoldan 44-nü Kataloniya klubunun, 6-sını isə Argentina millisinin heyətində vurub.