"Neftçi"nin hücumçusu turun ən yaxşısı seçildi

13:02 31 Oktyabr 2019

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının IX turunun ən yaxşı futbolçusu məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu dəfə "Neftçi"nin hücumçusu Baqali Dabo fərqlənib.Fransalı forvard 320 göstərici ilə hamını qabaqlayıb. Dabo “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, 2 qol və komandasına penalti qazandırmaqla yadda qalıb.

 

Qeyd edək ki, Baqali Dabo bu mövsüm eyni zamanda ikinci dəfə turun simvolik komandasına düşüb.


Xəbər xətti