APOEL-də gərginlik - Baş məşqçi istefa verdi

Sportarena.az      31 Oktyabr 2018, 14:25

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in düşərgəsində gərginlik hökm sürür.

 

Sportarena.az xəbər verir ki, Nikosiya klubunun rəhbərliyinin komandaya yeni köməkçi-məşqçi təyin etməsi klubun baş məşqçisi Tomas Dollun narazılığına səbəb olub.Belə ki, Doll yeni köməkçi-məşqçi istəməsə də, klub rəhbərliyi buna məhəl qoymayıb və təyinatı reallaşdırıb. Bundan sonra almaniyalı mütəxəssis istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.

 

Qeyd edək ki, APOEL Avroliqanın qrup mərhələsinin 4-cü turun noyabrın 7-i Nikosiyada “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin