“Sumqayıt”ın Müşahidə Şurasının tərkibinə dəyişiklik edildi - FOTOLAR

Sportarena.az      31 Oktyabr 2018, 16:39

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “Azərikimya” İB-də baş tutan iclasda “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

 

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Yekunda "Kapital Bank" ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, "Paşa Həyat Sığorta" ASC-nin Satış və Marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

 

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin