Saypulla Absaidov güləş yığmamızı pula görə tərk edib

Sportarena.az      31 Oktyabr 2018, 17:44

Sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Saypulla Absaidovun Nur-Sultanda keçirilən dünya çempionatında öncə komandamızdan gözlənilmədən getməsi müzakirələrə səbəb oldu.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dağıstanlı çalışdırıcının komandanı qoyub getməsinin səbəbi maddi məsələlər olub.Uzun müddətdir Azərbaycan Güləş Federasiyasından maaş ala bilməyən məşqçinin DÇ ərəfəsi səbr kasası daşıb. Absaidov federasiya rəhbərliyindən pulunun verilməsini tələb edib.

 

Lakin buna nail ola bilməyib. Hətta milli komandanın üzvləri də baş məşqçinin tərəfində olublar. Onlar da maddi məsələlərin həllini tələb ediblər.Problemlər həll olunmadıqda isə Absaidov komandanı tərk edib.

 

Federasiyadan verilən məlumata görə isə Absaidovun maaşında heç bir problem olmayıb. Sadəcə o, özü gözlənilmədən komandanı ataraq gedib: “Onun maaşında heç bir problem olmayıb. Maddi tərəfdən sıxıntı yaşamayıb. Təlim-məşq toplanışları da onun hazırladığı plan üzrə təşkil olunub. Federasiyaya xəbərdarlıq etmədən və problemini bildirmədən gedibsə, buna görə məsuliyyəti özü daşıyır”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin