Renat Dadaşov oynadı, komandası “Sportinq”ə uduzdu

11:30 1 Noyabr 2019

Portuqaliya Premyer Liqasında IX turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra” doğma meydanda "Sportinq"lə qarşılaşıb.  Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.Renat görüşün 81-ci dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Pasuş de Ferreyra” hazırda 5 xalla 18 komanda arasında 17-cidir.


Xəbər xətti