Prosineçki “Qarabağ”ın qapıçısından danışdı - “Ona yer olacaq”

12:00 1 Noyabr 2019

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı, əvvəllər qalmaqal yaşadığı Asmir Beqoviçi milliyə dəvət etməməsindən danışıb.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı qolkiperi milliyə qaytarmaq haqqında düşündüyünü bildirib: “Mən Beqoviçi milliyə qaytarmaq haqda düşünürdüm. O, Avropa Liqasında yaxşı oynayan "Qarabağ"a getdi. Bizdə Beqoviç üçün yer olacaq”.

 

Qeyd edək ki, Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb. Prosineçki bir ildən artıqdır ki, qapıda “Qarabağ”ın sabiq qolkiperi İbrahim Şehiçə güvənir. Bu dəfə xorvatiyalı çalışdırıcı Şehiçlə yanaşı Kenan Piriç (“Maribor”, Sloveniya) və Yasmin Buriçə (Hayfa “Hapoel”i, İsrail) dəvət göndərib.


Digər xəbərlər

Xəbər xətti