"Zirə"nin "Sumqayıt"la 18-ci dueli

19:35 1 Noyabr 2019

Bu həftə Azərbaycan Premyer Liqasında X turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblərin Azərbaycan çempionatları çərçivəsində 18-ci duel olacaq.

 

Bu qarşılaşmalarda “Qartallar” daha çox – 10 qələbə qazanıb. 3 matçda 1 xal əldə edən qəsəbə təsmilçisi yalnız 4 dəfə uduzub. Son 4 qarşılaşmada meydanı qələbə ilə tərk edən "Zirə" top fərqində də üstünlüyə malikdir. Rəqib qapısından 23 top keçirən komanda 13 qol buraxıb. “Sumqayıt”la görüşlərdə “Qartallar”ın ən məhsuldar oyunçuları Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Bu futbolçular hərəyə 3 dəfə fərqləniblər.

 

Öz meydanında 9-cu dəfə “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək “Zirə” əvvəlki görüşlərdə 6 qələbəyə sevinib. “Doğma divarlar” arasında bir heç-heçə və bir məğlubiyyəti olan zirəlilər qonaqların qapısından 14 top keçirib, 6-nı buraxıb.


Digər xəbərlər

Xəbər xətti