“Mbappe dedi ki, sizinlə şəkil çəkdirə bilərəm?” - “Qarabağ”ın futbolçusu

Sportarena.az      2 Noyabr 2018, 10:05

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərabaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportarena.az xəbər verir ki, o, öncə oyunu şərh edib:

 

-  Rəqib çətin və güclü idi. Əvvəlcədən demək olmaz ki, “Qarabağ” istənilən oyuna çıxıb, qələbə qazancaq. Düzdür, birinci hissədə fərqli oynadıq. Qol vurmaq şanslarımız da var idi. Amma ikinci hissədə daha çox müdafiə olunduq. Xeyli güc sərf etdik. Necə ki biz onları udmaq istəyirdik, onlar da bizə qalib gəlmək istəyirdilər. Nəticə də bunu göstərir. 

 

- “Qarabağ” son 4 oyunda bir dəfə qalib gəlib. Əvvəlki “Qarabağ”ı niyə görə bilmirik?

- Heç bir şey baş verməyib. Biz ənənəvi oyunumuzu nümayiş etdirməyə çalışırıq. Siz də nəzərə almalısınız ki, rəqiblərimiz asan deyil. Hər oyunda qalib gəlmək mümkün deyil. 

 

- Qarşıda APOEL-lə görüşünüz var. Bu komandaya qarşı avqustda Nikosiyadakı oyunda möhtəşəm performans sərgiləmişdin. Digər oyunlarda isə əl-ayağını bağlamışdılar. Necə edəcəksən ki, APOEL-ə qarşı birinci oyundakı Zubiri görək?

-  Özünüz də qeyd etdiniz ki, ilk matçda yaxşı oynamışdı. Yəqin ki, bizim oyunumuzu analiz ediblər. Hər dəfə APOEL-ə qarşı oynamaq çətindir. Qapanırlar, boşluq vermirlər. Ona görə də bacardığımızı göstərmək çətindir. 

 

- APOEL-lə oyun həlledici olacaq. Bu, təzyiq yaratmır?

- Xeyr, azarkeşlərin, ölkənin bizdən gözləntilərini başa düşürük. Vacib qarşılaşma olacaq. Komandada kifayət qədər təcrübəli oyunçular var. Belə oyunlara çox çıxmışıq. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

 

- Fransanın futzal millisində çıxış etdiyiniz oyunlardan müəyyən fotolar var. Onların birində sizin qarşısınızda dayanan uşaq Kilian Mbappedir?

- Düzdür. Orada olan akademiyaya ölkənin ən istedadlı uşaqları yığılırdı. O vaxt Mbappe və digər futbolçular gəlib demişdilər ki, biz millinin fanatıyıq, sizinlə şəkil çəkdirmək olar? İndi isə vəziyyət fərqlidir, biz onunla şəkil çəkdirmək istəyərik. 

 

- İndi Mbappe sizi tanıyar?

- Xeyr, onun 12-13 yaşı var idi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin