Səfərdə 75-ci heç-heçə

Sportarena.az      4 Noyabr 2018, 12:22

"Keşlə” Azərbaycan çempionatlarında 75-ci səfər heç-heçəsinə nail olub. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın X turunun "Səbail”lə qarşılaşmasına təsadüf edib. "ASCO Arena”da qeydə alınan qolsuz bərabərlik qonaqların rəqib meydanlarında 277-ci oyundakı 75-ci sülhü olub. Ümumiyyətlə isə, "Keşlə”nin hesabında 142 heç-heçə var.

 

Əvvəl "Xəzər Universiteti” və "İnter” adları altında da çıxış edən paytaxt klubu səfər heç-heçələrinin sayında 3-cü göstəriciyə malikdi. "Qarabağ” hamıdan çox – 101 dəfə rəqib meydanından 1 xalla ayrılıb. "Neftçi”nin hesabında 84 bərabərlik var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin