"Səbail"in futbolçusu Fransa ilə oyuna çağırıldı

12:31 4 Noyabr 2019

Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Fransa və İslandiya yığmaları ilə "AVRO-2020"nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, türk mütəxəssis "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuka da dəvət göndərib. Əvəzində "Keşlə"nin qapıçısı Stanislav Namaşko yenə millidən kənarda qalıb. Namaşko sonuncu dəfə iyunun 8-də Albaniya və iyunun 11-də Andorra ilə keçirilmiş matçlara çağırılıb. Lakin o, həmin qarşılaşmalarda ehtiyatda saxlanılıb.

 

Qeyd edək ki, noyabrın 14-də "AVRO-2020"nin seçmə mərhələsində Fransanın qonağı olacaq Moldova yığması bundan 3 gün sonra İslandiyanı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti