Ramil Əhmədov bürünc medalla fərqləndi

14:34 6 Noyabr 2019

Rusiyanın Sankt-Peterburq şəhərində pauerliftinq üzrə Şərqi Avropa ölkələrinin çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, mötəbər yarışda “Zirvə” Beynəlxalq İdman Klublarının təmsilçisi, məşhur atlet Ramil Əhməd də iştirak edib.O, 100 kq çəki dərəcəsində mübarizə aparıb. Ramil öz divizionunda çıxış edən 80 nəfər arasında 3-cü olaraq, yüksək nəticə göstərib. Üç növün toplamında idmançımız 815 kq-ı  (290+205+320) qaldırıb.

Yarışdan sonra 1news.az-a açıqlama verən Ramil Əhməd bu uğuru 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Gününə həsr etdiyini bildirib: “Bununla yanaşı, təlim-məşq toplanışı zamanı yanımda olan məşq yoldaşım Hafiz Verdiyə, həmçinin “Zirvə” İSC-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.



Digər xəbərlər

Xəbər xətti