"Sabah"a texniki məğlubiyyət verildi, "Xəzər Lənkəran"a qarşı cəzaya yenidən baxılacaq

Sportarena.az      7 Noyabr 2018, 11:45

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, toplantıda AFFA İntizam Komitəsinin çıxardığı 3 qərardan şikayətlərə baxılıb. 

 

Bunlardan biri sentyabrın 29-da U-15 Liqasında keçirilmiş "Sabah” - "Binə" matçı ilə əlaqədar olub. Həmin qarşılaşma zamanı binəli azarkeşlərin meydana daxil olaraq rəqib komandaya hucum ediblər. Nəticədə oyun yarımçıq dayandırlıb. Bu səbəbdən, İntizam Komitəsi "Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Meydan sahibi kluba – "Sabah”a təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Apellyasiya Tribunalı isə bu qərarı dəyişdirərək, hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verib.

 

Bununla yanaşı, oktyabrın 22-də U-17 Liqasında keçirilmiş "Xəzər Lənkəran” – "Kəpəz” matçı ilə bağlı qərara yenidən baxılması məqsədəuyğun sayılıb. Bununla əlaqədar qərar iddiaçının təqdim etdiyi video-görüntülərlə birlikdə AFFA İntizam Komitəsinə qaytarılıb. Bu görüşdə meydan sahiblərindən Xanoğlan İsmayılov, Gəncə təmsilçisindən isə Cavid Qurbanov 90+4-cü dəqiqədə aqressiv davranışları səbəbindən birbaşa qırmızı vərəqə alıb. "Xəzər Lənkəran” azarkeşləri isə meydana daxil olublar. İntizam Komitəsi hər iki oyunçuya 4 oyunluq cəza, "Xəzər Lənkəran”a isə 1 ev oyununu azarkeşsiz keçirilməsi qadağası qoyulub.

 

Futzal üzrə Birinci Liqanın "Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində meydan sahiblərinin futzalçısı Anar Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətməsi səbəbindən 4 oyun cəzası isə qüvvədə saxlanılıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin