Qurban Qurbanov: "Hələ heç nə bitməyib"

08:44 8 Noyabr 2019

 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, görüşlə bağlı deyib:

 

"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".


Digər xəbərlər

Xəbər xətti