“Sizinlə çox danışmaq istəmirəm” - APOEL-in çalışdırıcısı

10:00 8 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll oyundan sonr mətbuat konfransında iştirak edib.
 

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
 
- İlk 45 dəqiqəni necə şərh edərdiniz?
- Öncə futbolçulara minnətdaram. 0:1 hesabından sonra komanda mübarizəni davam etdirdi. Həm də mən sizinlə çox danışmaq istəmirəm.
 
- Komanda oyuna niyə yaxşı başlamadı? Çox kobud səhvlər etdiniz.
- Bunu açıqlamalıyam. “Qarabağ”la bu mövsüm 4-cü dəfə qarşılaşdıq. Mən bura gəlməmişdən öncə komanda bu rəqibə 1:2 hesabı ilə uduzmuşdu. Mən gəldim və “Qarabağ”a 2 dəfə qalib gəldik, 1 dəfə isə heç-heçə etdik. Daha yaxşı oynaya biləcəyimizi bilirik. Ancaq gəlin, müsbət şeylərdən danışaq! “Borussiya” “İnter”ə 0:2 hesabı ilə uduzurdu və sonda qələbə qazandı. Mən futbolçulara görə xoşbəxtəm. Çox çətin oyun idi. Kipri Avropada tək biz təmsil edirik. Buna görə əylənin. Uşaqlar ürəkdən oynadı, amma bunu kimsə görmür. Çox üzgünəm. Futbolçular mənə inandığı üçün sevinirəm. Sualınıza kəskin cavab verdimsə, üzr istəyirəm. Jurnalistlərə çox hörmət edirəm, çünki işinizin nə qədər çətin olduğunu anlayıram.
 
- Sisteminiz bu dəfə işə yaradı?
- Ötən dəfə demişdim axı sistem barədə sual verməyəcəksiniz. Bu barədə danışmayaq. Kiprdə hər yerindən duranın sistemdən bəhs etdiyini artıq bilirəm. Komanda yayda beşli müdafiə ilə hazırlaşıb. 4-3-3 taktiki sxemindən bəzi oyunlardan istifadə etsək də, alınmırdı. Sistem haqqında sual verməyiniz məğlub olanda daha rahat olur. Komanda son oyunlarda istədiyini edə bilmirdi. Bunun sistemə aiddiyatı yox idi. Digər oyun sistemlərində də səhvlər emtişik. Futbolda bəzən qalib gələrsiniz, amma digər komandanın bəxti gətirməz. Biz Kipri Avropda təmsil edən yeganə komandayıq, dəstək olun.
 
- Bu qələbə komandaya psixoloji cəhətdən necə kömək edəcək? Uroş Matiç komandaya çox fayda verir...
- Matiç komandaya çox kömək edir. Bu fikirlə razıyam. Hər oyun 13-14 km qaçır. Futbolçulara görə xoşbəxtəm, çox oyun keçirirlər. Necə durumda olduqlarını bilirəm. Psixoloji vəziyyətlərindən də xəbərdaram. Çətin yolumuz var, düz istiqamətdəyik. Addım-addım komandanı relsə qoymuşuq. Hər futbolçu komanda üçün önəmlidir.
 
- Səhvlərinizi görmək üçün 60 dəqiqə yetərli oldu?
- Paltardəyişmə otağında gözəl anlar yaşandı. Futbolçularım dürüst insandır. Lukas Souza mənə yaxınlaşdı və top itkiləri üçün üzr istədi. Bəli, ilk hissədə yaxşı oynamadıq, çox top itirdik, bunu bilirik. Ancaq hər şey gözəldir, qalib gəldik. Bəzi doğru qərarlar verdik və buna görə xoşbəxtəm.  


Digər xəbərlər

Xəbər xətti