Dünya çempionatları tarixinə düşən futbolçu Azərbaycan klubuna keçə bilər

Sportarena.az      8 Noyabr 2018, 10:30

Cənubi Afrika Respublikası millisinin sabiq üzvü Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın bir neçə klubu maraqlanır.Ötən mövsüm “Ərzurumspor”da çıxış etmiş cənubi afrikalı yarımmüdafiəçi hazırda klubsuzdur. Təcrübəli futbolçu karyerasını başa vurmaq fikrində olmadığı üçün klub axtarışındadır.Çabalala 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının Meksika ilə açılış matçında (1:1) ilk qolun müəllifi kimi tarixə düşüb.

 
Çabalala 2007-2018-ci illərdə ölkəsinin “Kayzer Çifs” klubunda 209 oyuna 34 qol vurub. O, ötən mövsüm “Ərzurumspor”da 17 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin