Emil Balayev mövsümün ən yaxşısı oldu

23:11 8 Noyabr 2019

“Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən yaxşı göstəriciyə malik qapıçısıdır.

 

Sportarena.az xəbər verir ki, Balayev qapısını ən çox toxunulmaz saxlayan qapıçıdır. 25 yaşlı qapıçı bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Mövsümün sonuna bir tur qaldığı üçün ona heç kim çata bilməyəcək. Emil çempionatda 30 görüşdə 21 qol buraxıb.
 
İkinci pilləni “Ordabası”nın qapıçısı Dmitri Nepoqodov tutur. O, 15 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. “Kayrat”ın qapıçısı Stas Pokatilov 13 qarşılaşmanı qapısında qol görmədən tamamlayıb. O,  31 matçda 30 qol buraxıb.


Digər xəbərlər

Xəbər xətti